Söylü və Moşu illər sonra yenidən eyni səhnədə - FOTO

Söylü və Moşu illər sonra yenidən eyni səhnədə - FOTO
19:22 19 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra eyni səhnəni bölüşüblər. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorlar yeni layihə çərçivəsində Sumqayıt Dövlət Dram Teatrına dəvət  olunublar. Teatrda A.Bəşirqızı və V.Kərimovun iştirakı ilə "Subaylarınızdan görəsiniz" musiqili komediyası əsasında səhnələşdirilən "Toy olsun"  tamaşası nümayiş edilib. 

Səməni və Seyfi obrazlarını canlandıran xalq artistlərinin çıxışı maraqla qarşılanıb. Vəziyyət komediyası janrında qurulan tamaşada seçim azadlığı, hiylə, xəyanət, ailə münasibətləri, xoşbəxtlik kimi mövzular tamaşaçılara təqdim olunub.
 
Tamaşada əməkdar artistlər Növrəstə Həşimova, İzaməddin Bağırov, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Akif Mirzəyev, Oqtay Mehdiyev çıxış ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/536721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR