Ermənistana səfər edən türk jurnalist vəfat edib

Ermənistana səfər edən türk jurnalist vəfat edib
16:53 7 Yanvar 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Hrant Dinkt Fondunun təşkilatçılığı ilə Ermənistana səfər edən türk jurnalist Qayə Coşar vəfat edib. Bu barədə Trend Türkiyənin "Evrensel" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, Q.Coşar keçən həftə Ermənistanda avtomobil qəzasına düşüb və bu gün xəstəxanada vəfat edib.

Q.Coşar bundan əvvəl Türkiyənin NTV telekanalında çalışıb və "əl-Cəzirə Türk" telekanalının təsis edilməsində yaxından iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2350710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR