Azərbaycanda ilin əvvəlindən artıq 105 domen qeydiyyata alınıb

Azərbaycanda ilin əvvəlindən artıq 105 domen qeydiyyata alınıb
16:56 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bu günə kimi 23101  domen adı qeydə alınıb, ötən il ərzində domen qeydiyyatı artımı 10% təşkil edib.
 
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ötən il ərzində 7600-dən çox domen qeydiyyatdan keçirilib, 5800-dən çox domen isə ləğv edilib, nəticədə ölkədə il ərzində xalis domen artımı 2000 domendən çox olub.
 
İlin əvvəlindən bu günədək ölkədə 105 domen alınıb və 95 domenin fəaliyyəti dayandırılıb.
 
Hazırda Azərbaycanda 21401“*.az”, 1014“*.com.az”, 215“*.edu.az”, 132“*.org.az”, 72“*.net.az”, 42“*.int.az”, 82 “*.co.az”, 35“*.pp.az”,  69 “*.info.az”, 25 “*.biz.az”, 13 “*.name.az”  domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Ötən il tək-tək istifadə edilən “*.mil.az” domenlərinə  tələbat olmayıb.
 
Son üç ilin dinamikasına nəzər salsaq görərik ki, “*.az” domen zonasında kəskin artım templəri bu il nisbətən zəifləyib.
 
Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub, 2013-cü ildə isə 2338 domen adı olub.
 
Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34630-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR