Özəl klinikalara xaricdən gələn həkimlər kimdir? - ARAŞDIRMA

Azərbaycanda özəl klinikalar xaricdən tez-tez həkimlər dəvət edir. Vətəndaşlar isə həmin həkimlərin qəbuluna düşmək üçün saatlarla növbə gözləyir. Bəs, xaricdən ölkəmizə həkimlərin dəvət olunması qanunla necə tənzimlənir? Əməliyyat zamanı ölüm halı baş verərsə, kim məsuliyyət daşıyır, xaricdən dəvət olunmuş həkim yoxsa klinika?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Metbuat.az-a açıqlamasında deyib: “Klinikalar dəvət etmək istədikləri həkimlər barədə bizə məlumat verir. Biz onlar haqqında məlumat toplayırıq. Həkimlərin diplomlarını isə Təhsil Nazirliyi təsdiqləyir. Daha sonra Komissiyadan keçib, imtahan verirlər. Yalnız sertifikat aldıqdan sonra ölkəmizə gələ bilərlər. Onu da qeyd edim ki, dövlət tərəfindən dəvət olunan bütün həkimlərin sertifikatı var. Qanunsuz işləyənləri deyə bilmərəm. Qaldı ki, əməliyyat zamanı ölüm halı baş verərsə, həkimlə bağlı klinika da məsuliyyət daşıyır".

Azərbaycana xaricdən həkim dəvət edilməsi ilə bağlı Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu qanunvericilikdə olan boşluqlarla əlaqədardır: “Düşünürəm ki, yalnız dövlət xətti ilə xaricdən dəvət olunmuş həkimlər ölkəmizdə tibbi kullikum keçə bilər, ancaq gəlib əməliyyat etmək, müalicə aparmaq boşluqlardan faydalanmaq məqsədi daşıyır”.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR