Rusiya 2-3 saata müharibəyə başlaya bilər - ŞOK PROQNOZ

Rusiya 2-3 saata müharibəyə başlaya bilər - ŞOK PROQNOZ
19:43 20 Aprel 2017
8604 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna dövlət sərhədinə yaxın yerləşdirilmiş Rusiya hərbi bölmələri 2-3 saat ərzində Ukrayna ərazisinə soxula bilər.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Kreml tammiqyaslı müharibəyə hazırlaşmağa davam edir. Bu, yalnız Ukraynanı deyil, həm də Mərkəzi və Şərqi Avropanın başqa dövlətləri üçün təhlükə təşkil edir”, - o deyib.

Turçinovun sözlərinə görə, Ukrayna sərhədi boyu yerləşdirilən Rusiya gücləri 50 minə qədər hərbçidən ibarətdir. Bundan başqa, Turçinov bildirib ki, Rusiya hərbi komandanlığı Krımda olan qoşunu daimi döyüş hazırlığı vəziyyətində saxlayır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR