Azərbaycan neftinin bazarda SON QİYMƏTİ

Azərbaycan neftinin bazarda SON QİYMƏTİ
23:12 20 Aprel 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 55,02 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,56 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 54,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 19-da 51,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 19-da 52,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel azdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR