Parisdə silahlı hücum: Ölənlərin sayı 2-yə çatdı (YENİLƏNİB)

Parisdə baş vermiş silahlı insidentdə ölənlərin sayı ikiyə çatıb.

Metbuat.az-ın məlumatına görə, xəstəxanaya yaralı halda çatdırılan polis oradaca keçinib.

Hazırda hadisə yerinə yaxın yollar və metro stansiyaları bağlıdır.

***

23:26

Fransanın paytaxtı Parisdə silahlı insident qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, hadisə Şanzelize prospekti yaxınlığında baş verib.

Nəticədə 1 polis vəfat edib, bir digəri isə yaralıdır. İnsidenti törətməkdə təqsirləndirilən şəxs öldürülüb.

Şanzelizedə maşınların hərəkətinə məhdudiyyət qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR