Əhmədinejad prezident seçkilərində iştirak edə bilməyəcək -

İranın sabiq prezidenti Mahmud Əhmədinejadin ölkədə keçiriləcək prezident seçkilərində iştirakı veto edilib.

Metbuat.az-ın məlumatına görə, Əhmədinejadın adı İran Daxili işlər nazirliyinin Seçkilərin keçirilməsi üzrə qərargahının açıqladığı siyahıda yoxdur.

Beləliklə, İran prezidentliyi uğrunda 6 namizəd mübarizə aparacaq: İshaq Cahangiri, Mustafa Ağa Mirsəlim, Həsən Ruhani, İbrahim Raisi, Məhəmməd Baqir Qalibaf və Mustafa Haşimi Taba.

Prezident seçkiləri mayın 19-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR