Kimyəvi silahdan istifadəyə dair göstəriş verən komandir öldürüldü

Mosulda kimyəvi silahdan istifadəyə dair göstəriş verən İŞİD komandiri öldürülüb.

Bu barədə "Frans Press" xəbər yayıb. Komandir İraq ordusunun əsgərləri tərəfindən məhv edilib.

Xatırladaq ki, cari ilin mart ayında Mosul şəhəri uğrunda gedən döyüşlər zamanı İŞİD İraq ordusuna qarşı kimyəvi silahdan istifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR