UEFA Avropa Liqası:

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, əsas vaxtı 2:1 hesabı ilə yekunlaşan "Beşiktaş" - "Lion" matçı penaltilərə qədər uzanıb. "Futbol lotereyası"nda daha şanslı olan fransızlar yarımfinala vəsiqə qazanıblar. "Mançester Yunayted" isə əlavə vaxtda Rəşfordun vurduğu qol sayəsində mərhələ adlayıb.

"Şalke" və "Ayaks" da cütün taleyini 90 dəqiqə ərzində həll edə bilməyib. Əlavə vaxtda üstün olan Amsterdam təmsilçisi adını son 4 komanda sırasına yazdırıb. Səfərdə "Qenk"lə 1:1 bərabərliyə razılaşan "Selta" da yarımfinala vəsiqə qazanıb.

Nəticələri təqdim edirik:

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

“Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa) - 2:1 ( 6:7 penaltilər)

Qollar: Talişka, 27, 58 - Lakazette, 34

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. “Vodafon Arena”

İlk oyun – 1:2

“Genk” (Belçika) – “Selta” (İspaniya) - 1:1

Qollar: Trossard, 67 - Sisto, 64

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. “Luminus Arena”

İlk oyun – 2:3

“Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika) - 2:1 (əlavə vaxt)

Qollar: Mxitaryan, 10, Rəşford, 107 (əlavə vaxtda) - Hanni, 32

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:1

“Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) - 3:2 (əlavə vaxt)

Qollar: Qoreçka, 53, Burqstaller, 56, Kaliquri, 101 (əlavə vaxtda) - Virgever, 111 (əlavə vaxtda), Yunus, 120 (əlavə vaxtda)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. “Veltins Arena”

İlk oyun – 0:2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR