10 ildən sonra ilk dəfə su içdi - VİDEO

10 ildən sonra ilk dəfə su içdi - VİDEO
13:08 21 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Antalyada 10 il öncə böyrək çatışmazlığı səbəbindən həyatını dializlə davam etdirən 52 yaşlı Məsud Özdəmirə yeni böyrək nəql olunub.

Publika.az xəbər verir ki, uzun illər yataq xəstəsi olan 52 yaşlı kişi hər iki böyrəyini itirdikdən sonra su içə bilməyib. Limitli şəkildə su içməsinə icazə verilən xəstə 10 ildir suya həsrət olduğunu deyib.

52 yaşlı kişiyə Konya əyalətində beyin ölümü keçirən 22 yaşlı gəncin böyrəyi köçürülüb. Əməliyyat Antalya Araşdırma xəstəxanasında gerçəkləşib.

Əməliyyatdan sonra Məsud Özdəmirin ilk sualı "Nə vaxt su içə biləcəm?" olub. Həkimlər əməliyyatın uğurlu keçdiyini bildirib.

Bir insanın suya nə qədər ehtiyacı olduğunu əks etdirən görüntüləri təqdim edirik:


Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/195919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR