Daşınan qurğular üçün “Intel Curie” modulu nümayiş etdirilib

Daşınan qurğular üçün “Intel Curie” modulu nümayiş etdirilib
17:06 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Intel” şirkəti “CES 2015” sərgisində öz yeni həllini (“Intel Curie”) nümayiş etdirib. Bu modulu daşınan qurğularda istifadə etmək olar. “Intel Curie Module” böyük düymə ölçüsündə olan çipdir, buna görə onu, hətta kiçik həllərə quraşdırmaq olar.
 
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, “Intel Curie” modulu 32 bitlik enerji səmərəli “Intel Quark SE” mikrokontrolleri, 384 KB fləş yaddaş və 80 KB SRAM, akselerometr və jiroskop, “Bluetooth Low Energy” modulu, hərəkət ötürücüsü və akkumulyatorun enerjidoldurma blokundan ibarətdir.
 
Bu sistem sosial şəbəkələrdən gələn bildirişlərin və idmanla məşğuliyyətlərin izlənilməsi daxil olmaqla daim işləyən tətbiqlər üçün əlverişlidir. Sistem qəpik ölçüsündə akkumulyatorun köməyi ilə uzun müddət işləyə bilər. “Intel Curie” modulunun 2015-ci ilin ikinci yarısında çıxarılması planlaşdırılıb.
 
Emil Hüseynov
 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR