Əsir düşməmək üçün özlərini partlatdılar - Kəşfiyyatçıdan DƏHŞƏTLİ AÇIQLAMALAR - VİDEO

Əsir düşməmək üçün özlərini partlatdılar - Kəşfiyyatçıdan DƏHŞƏTLİ AÇIQLAMALAR - VİDEO
14:37 21 Aprel 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Birdən "Allahu Əkbər" sözünü eşitdim. Partlayış oldu. Gördüm ki, hərbçi yoldaşımın qabırğaları dağılıb, ağrıdan inildəyirdi. Kəlmeyi-şəhadəti deyib, gözlərimi yumdum...

1976-cı ildə Zaqatalada anadan olan Əhmədov Aqil Mürsəl oğlu keçmiş kəşfiyyatçıdır. 1997-ci ildə kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralan A.Əhmədov 2 ilə yaxın erməni əsirliyinə olub.

20 il əvvəl aprel ayının 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb. Lakin düşmən tərəfindən ikinci qrup mühasirəyə düşüb və təslim olmalarını söyləyiblər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.


Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olub. A.Əhmədov həmin qrupdan sağ qalan yeganə kəşfiyyatçıdır. 


O, ağır yaralanaraq huşsuz vəziyyətdə düşmənə əsir düşüb. Qondarma erməni məhkəməsi tərəfindən A.Əhmədovun barəsində güllələnmə hökmü çıxarılıb. Uzun sürən danışıqlardan sonra 1999-cu ildə Aqili dəyişmək mümkün olub.

Milli.Az xəbər verir ki, keçmiş kəşfiyyatçı Aqil Əhmədov azvision.az-a videomüsahibəsində 7 hərbçi yoldaşının şəhid olduğu kəşfiyyat əməliyyatından, dözülməz əsirlik həyatından danışıb. 
 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR