"Tottenhem"in U-23 komandasının baş məşqçisi Ugo Ehiogu məşq zamanı infarkt keçirib.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis dərhal xəstəxanaya aparılıb.
O, hazırda xəstəxananın reanimasiya şöbəsində nəzarətdə saxlanılıb.
Qeyd edək ki, veteran futbolçu Ugo Ehiogu "Aston Villa" və "Midlsbro" formasında İngiltərə Premyer Liqasında 350 matçda meydana çıxıb.
Fanat.Az