Lavrovun Rusiya ilə Ermənistanın birləşdirilməsi haqda bəyanatına Gürcüstandan REAKSİYA

Lavrovun Rusiya ilə Ermənistanın birləşdirilməsi haqda bəyanatına Gürcüstandan REAKSİYA
14:47 21 Aprel 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan xarici işlər naziri Rusiya ilə Ermənistan arasında birbaşa dəmir yol əlaqəsinin bərpa edilməsinə dair rusiyalı həmkarı Sergey Lavrovun iki gün əvvəl Abxazyada verdiyi bəyanatı şərh edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, nazir Mixeil Canelidze "Azadlıq" radiosunun gürcü xidmətinə açıqlamasında bu barədə qərarın hökumət tərəfindən qəbul edilməli olduğunu bildirib.

Xəbər verildiyi kimi Sergey Lavrov Suxumidə bildirmişdi ki, Rusiya tərəfi Abxaziya ərazisindən keçən dəmir yolunun açılmasını və "üçüncü ölkələrə" tranzit yükdaşımalarının bərpa olunmasını istəyir. Lavrovun sözlərinə görə, Abxaziya tərəfi də buna hazırdır, dəmir yolunun açılmasını ən çox istəyən isə Ermənistandır. Rusiya xarici işlər naziri qeyd edib ki, dəmir yolunun açılması üçün hüquqi baza da var. Bu, Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı 2011-ci ildə Gürcüstanla bağladığı ikitərəfli sazişdir.

Xarici işlər naziri Canelidze bildirib ki, Gürcüstan üzərindən istənilən tranzit daşımaları ölkə qanunvericiliyi ilə nizamlanır. "Bu cür daşımaların, o cümlədən işğal altındakı ərazilər üzrə daşımaların təşkili barədə bütün qərarları Gürcüstan hökuməti qəbul etməlidir"-Canelidze Abxaziya dəmir yolunun açılmasının mümkünlüyünü istisna etməyərək bidirib. Nazir əlavə edib ki, Lavrovun istinad etdiyi saziş Gürcüstanın üzərinə işğal altındakı ərazilərdən keçən və nəzarət edə bilmədiyi sərhədlərlə bağlı öhdəlik qoymur.

Digər tərəfdən 2011-ci ildə imzalanmış saziş hələ qüvvəyə minməyib. Sazişə görə Rusiya ilə Gürcüstan arasında Abxaziyadan keçən yüklərin daşınmasına üçüncü tərəf-İsveçrə şirkəti nəzarət etməliydi. Həmin şirkətlə də müqavilə hələ bağlanmayıb.

Qeyd edək ki, Ermənistan Abxaziyadan keçən dəmir yolunun açılması ilə nəqliyyat blokadasından çıxmağa ümid edir. Lakin eyni zamanda razılaşır ki, bu məsələnin həlli təkcə Gürcüstandan asılı deyil. Azərbaycan Ermənistanın təcrid vəziyyətindən çıxmasına hesablanmış təşəbbüslərə indiyə qədər uğurla mane ola bilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR