Ceyran dərisinə qızıl hərflərlə yazılmış Allahın kitabı tapıldı – FOTO

Ceyran dərisinə qızıl hərflərlə yazılmış Allahın kitabı tapıldı – FOTO
14:53 21 Aprel 2017
218 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana vilayətində ceyran dərisinə qızılla yazılmış Tövrat aşkarlanıb.

Publika.az
xəbər verir ki, müqəddəs kitab Adana polisinin axtarış apardığı bir yük avtomobilində tapılıb.

Polis qaçaqmalçılıqla məşğul olan 01 BJ 684 nömrəli yük avtomobilini saxlayaraq, axtarış aparıb. Nəticədə ceyran dərisinə qızıl hərflərlə yazılmış Tövrat ortaya çıxıb. Avtomobildəki üç nəfər Tövratdan xəbərlərinin olmadığını deyiblər.

Araşdırmalardan sonra Tövratın orijinal olduğu məlum olub.

Qeyd edək ki, Tövrat Allahın Yer üzünə göndərdiyi üç müqəddəs kitabdan biridir.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR