Azərbaycanda kişilər niyə qadınlardan çox maaş alır? - HESABAT AÇIQLANDI

Azərbaycanda kişilər niyə qadınlardan çox maaş alır? - HESABAT AÇIQLANDI
17:04 21 Aprel 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

Son 10 ildə ölkəmizdə minimum əməkhaqqı 3,5 dəfə, orta aylıq əməkhaqqı isə 3,3 dəfə artıb. APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
 
O bildirib ki, 2016-cı ildə ölkədə muzdla çalışanların orta əməkhaqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat təşkil edib: "Sonuncu dəfə minimum əmək haqqı 2017-ci ilin əvvəllərində 10,5 faiz artırılıb. Lakin hələ də bizdə minimum əməkhaqqı orta əməkhaqqına nisbətən hələ də aşağıdır. Bunun artırılması bundan sonra da davam edəcək".
 
Nazir müavini əlavə edib ki, işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından az ola bilməz. Onun sözlərinə görə, bəzi işəgötürənlər vergi və sığorta ayırmalarından yayınmaq, işçilərin sosial xərclərini üzərinə götürməmək məqsədilə şəxsləri qeyri-rəsmi şəkildə işə cəlb edir, həmin şəxslərə qeyri-rəsmi qaydada, bəzi hallarda isə minimum aylıq əməkhaqqı məbləğindən də az əməkhaqqı ödəyərək, onların əmək və sosial hüquqlarını pozmaqda davam edirlər.
 
Qeyd edək ki, bu gün Bakıda Beynəlxalq Əmək Təşkilatının 2016-2017-ci illər üçün Qlobal Əməkhaqqı Hesabatının təqdimatı olub.
 
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev bildirib ki, əsas narahatlıq doğuran məsələlərdən biri dövlət və özəl sektorunda orta əməkhaqqı səviyyəsində yaranmış qeyri-mütənasiblikdir: "Azərbaycan qadınları ev işləri ilə məşğul olduqları üçün daha yüngül və az məsuliyyət tələb edən iş yerləri seçirlər. Bu da nəticədə kişilərin aylıq əməkhaqlarının qadınlara nisbətən daha yüksək olmasına gətirib çıxarır".
 
BƏT-in əməkhaqqı üzrə mütəxəssisi Nikolas Studer Azərbaycanda əməkhaqqı siyasətinin daim ön planda saxlanılmasının, minimum əmək haqlarının artırılmasının, ölkədə orta aylıq əmək haqqı səviyyəsinin getdikcə yüksəlməsinin təqdirəlayiq olduğunu deyib. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR