BNA layihələrini təqdim edəcək - Viktorinalar olacaq

BNA layihələrini təqdim edəcək - Viktorinalar olacaq
17:27 21 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi (BNA) bu il ilk dəfə olaraq 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic 2017" sərgisində iştirak edəcək.

BNA-dan Milli.Az-a verilən məlumata görə, 26-28 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə Agentlik paytaxtın marşrut şəbəkəsi, yol təhlükəsizliyi və hərəkətin düzgün təşkili ilə bağlı mövcud problemlər və onların həll yolları ilə bağlı hazırladığı layihələrini təqdim edəcək.

Şəhər nəqliyyatının bir sıra mühüm elementlərini özündə əks etdirən xüsusi tərtibata malik stendimizə gələn ziyarətçilər üçün yol hərəkətinin təhlükəsizliyi, eləcə də ictimai nəqliyyatda etik davranış qaydalarına dair maraqlı viktorinalar təşkil ediləcək.

Sərgi çərçivəsində Bakının nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud vəziyyət və gələcək planlar mövzuzunda seminarın keçirilməsi də nəzərdə tutulub.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR