“Zaqatala” və “Şəmkir”in Premyer Liqadan kənarda qaldı

“Zaqatala” və “Şəmkir”in Premyer Liqadan kənarda qaldı
19:17 21 Aprel 2017
135 İdman
Ölkə mətbuatı
A- A+

I divizionda XXV turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Premyer Liqasına yüksələcək daha bir komandanın müəyyənləşməsi gözlənilsə də, bunun rəsmiləşməsi son tura qalıb.

 

Lakin elita xəyalında olan komandaların sayı azalıb. Belə ki, “Turan Tovuz”un ardından ilk “üçlüy”ə düşüb yüksək dəstəyə vəsiqə qazanacaq iki yerə 3 iddiaçı qalıb.

 

Növbəti məğlubiyyətini alan “Şəmkir”lə “Zaqatala”nın mükafatçılar sırasına düşməyə nəzəri şansları da tükənib. Bununla da onların Premyer Liqa arzusu ən azı 1 illik təxirə düşüb. Nəticədə 2 yerə “Səbail”, “Ağsu” və “Qaradağ-Lökbatan” iddia edir.

 

Qeyd edək ki, idman prinsiplərinə əsasən ilk 3 yerin sahibi Premyer Liqaya yüksəlməli olsa da, bunun üçün onların lisenziya alması zəruridi. Əks halda isə aşağı pillədə qərarlaşan, Premyer Liqaya idman prinsipləri ilə vəsiqəni qazanmayan komandalar üçün şans yaranacaq.

 

I divizion

2016/17 mövsümü

II dövrə, XXV tur


21 aprel

Səbail - Şəmkir 1:0

Qol: Elvin Adışirinli, 90+1.


Ağsu - Zaqatala 4:0

Qollar: Adil Tağıyev, 22; 39. Elnur Səmədov, 36. Əli Bağırov, 75.


Göyəzən - Mil-Muğan 3:7

Qollar: Orxan Əsgərov, 59. Aqşin Sadıqov, 80. Cavid Nuriyev, 84 - Vüqar Əlibabayev, 13. Bayram Əliyev, 26; 32. Raul Yaqubzadə, 37; 63. Mənsur Nəhavəndi, 38. Bayram Əliyev, 75.


Qaradağ Lökbatan - MOİK 3:0

Qollar: Rüfət Məmmədov, 10; 28. Əliağa Xudiyev, 57.


Şahdağ - Turan Tovuz 1:1

Qollar: Vüqar Asəliyev, 83 - Rəhman Tağıyev, 36.


Energetik - Bakılı 1:1

Qollar: Elməddin Cəfərov, 45+1 - Aslan Hüseynov, 34.


Şərurspor - Rəvan -:-


1. Turan Tovuz 25 17 7 1 60-10 58

2. Səbail 25 17 3 5 73-24 54

3. Qaradağ Lökbatan 25 17 1 7 63-29 52

4. Ağsu 25 16 4 5 63-21 52

5. Şəmkir 25 15 2 8 41-20 47

6. Zaqatala 25 14 4 7 66-31 46

7. Mil-Muğan 25 12 5 8 45-32 41

8. MOİK 25 9 6 10 41-30 33

9. Şahdağ 25 7 6 12 33-45 27

10. Şərurspor 25 7 4 14 36-51 25

11. Energetik 25 5 5 15 24-78 20

12. Bakılı 25 3 2 20 29-92 11

13. Rəvan 25 6 1 18 24-67 10

14. Göyəzən 25 2 4 19 19-93 10

Bombardirlər: Oruc Balaşlı (Zaqatala) - 27. Rəhman Musayev (Turan Tovuz) - 23. Rüfət Məmmədov (Qaradağ Lökbatan) - 22.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR