İrinanın sevgilisi Qaqayla öpüşdü - FOTO

İrinanın sevgilisi Qaqayla öpüşdü - FOTO
19:27 21 Aprel 2017
144 Dünya
Ölkə mətbuatı
A- A+

İrina Şeykin sevgilisi Bredli Kuper İnstagram-da qalmaqallı foto paylaşıb. Həmin fotoda o, motosiklet üzərində bir xanımla öpüşür.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin qalmaqallı şəkil tənqidlərə məruz qalıb, Şeykin fanatları tərəfindən birmənalı qarşılanmayıb. Şəkildəki naməlum xanımın pop ulduz Ledi Qaqanın olması müzakirələri daha da artırıb. 

Bir qədər sonra fotonun musiqili tamaşadan bir görüntü olduğu ortaya çıxıb. Həmin tamaşada hər iki məşhur iştirak edib və "Ulduz doğuldu" adlandırılıb. Bu, həm Qaqa, həm də Kuper üçün bir debüt olub. Belə ki, Ledinin böyük ekranda ilk baş rolu, Bredlinin isə ilk rejissor işidir. 
Pop ulduzun xahişi ilə tamaşada onun həqiqi adı, yəni Stefani Cermanotta qeyd edilib. 

Bundan əlavə, Qaqa həmin ekran işi üçün bir neçə mahnı yazıb. 

Layihənin təqdimatı bu ilin payızında baş tutacaq.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR