Böyük Britaniya Avropa İttifaqına qayıda bilər - Avropa Parlamentinin prezidenti

Avropa Parlamentinin prezidenti Antonio Tayani Böyük Britaniyada keçiriləcək seçkilərdən sonra Avropa İttifaqı ilə bağlı "Breksit" qərarına yenidən baxılmasının gündəmdə olduğunu bildirib.

Metbuat.az-ın məlumatına görə, Tayani qurulacaq yeni hökumətin planlarından asılı olaraq, Avropa İttifaqının Krallığa qucaq açmağa hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, məsələnin həllini tapması üçün heç bir məhkəmə proseduruna ehtiyac yoxdur:

"Əgər yeni hökumət bu mövzuda başqa bir plan irəli sürsə, Avropa İttifaqına qayıdış məsələsi mümkün ola bilər. Bunun üçün məhkəmə qərarına ehtiyac yoxdur. Yekun qərarı İttifaqa daxil olan 27 ölkə verəcək. Ancaq əminəm ki, onların əksəriyyəti Böyük Britaniyanın 50-ci maddəni geri çevirməsinin lehinə səs verəcək".

Qeyd edək ki, daha öncə baş nazir Tereza Mey "Breksit"lə bağlı qərarın dəyişməyəcəyini açıqlamışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR