"Mançester Yunayted" matçında terror - 30 ölü

"Mançester Yunayted" matçında terror -   30 ölü
20:07 21 Aprel 2017
133 İdman
Ölkə mətbuatı
A- A+

Nigeriyada "Mançester Yunayted" - "Anderlext" matçını izləyən azarkeşlər terror hücumuna məruz qalıb. Fanat.Az xəbər verir ki, hadisə Kalabar şəhərində baş verib. 


Şəhərin Nyaqasanq bölgəsində bir qrup azarkeş oyunu birlikdə izləyib. Bu zaman əvvəlcədən quraşdırılmış bomba partlayıb. Nəticədə 30 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.


Nigeriya hüquq-mühafizə orqanları xain hücumda 2009-cu ildən fəaliyyət göstərən "Boko Haram" adlı radikal islam quruplaşmasından şübhələnir. Militanlar bir neçə ay öncə kilsə yaxınlığında poker oynayan 3 xristianı öldürmüşdü. 



Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR