Rusiya Suriyada quru əməliyyatlarına başlaya bilər

Rusiya Suriyada quru əməliyyatlarına başlaya bilər
20:13 21 Aprel 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada quru əməliyyatlarında Rusiya ordusunun köməyi lazım ola bilər.

Publika.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib.

Suriya prezidenti qeyd edib ki, Rusiya Hərbi Hava Qüvvələrinin hərəkətləri kifayət qədər effektivdir, amma terrorçuların sayı əhəmiyyətli dərəcədə artacağı halda, Dəməşq quru əməliyyatlarında Rusiyanın hərbi köməyinin lazım ola biləcəyini istisna etmir.

“Ola bilər ki, gələcəkdə bizim düşmənlərimiz və onların tərəfdarları öz strategiyasını dəyişəcəklər və bu, bütün dünyadan terrorçuların ən böyük axınına gətirib çıxaracaq, terrorçuların bütöv orduları olacaq. Bu halda quru güclərinin köməyi lazım ola bilər. Amma hazırda buna ehtiyac yoxdur”, - Suriya lideri qeyd edib.

Əsəd həmçinin İranın göstərdiyi köməyi xatırladıb: “Onlar qoşunlarını göndərmədilər, amma onlar zabitləri və məsləhətçiləri ilə çox əhəmiyyətli rol oynadı”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR