Yediyi qurbağa əti ölümünə səbəb oldu

Cənubi Koreyada zəhərli quru qurbağasını su qurbağası zənn edərək yeyən 57 yaşlı şəxs dünyasını dəyişib.

Metbuat.az bildirir ki, Daedeok polis bölməsindən verilən məlumata görə, koreyalı 5 quru qurbağasının ətindən hazırlanan yeməyi dostları ilə birlikdə yeyib. Yeməkdən dərhal sonra özünü pis hiss edən 57 yaşlı kişi qusmağa başlayıb.

Xəstəxanaya aparılan şəxs elə oradaca keçinib.

Qeyd edək ki, zəhərli quru qurbağaları və su qurbağaları arasında bənzərliklər çoxdur. Bu səbəbdən də bəzən onları ayırmaq çətin olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR