Həftəsonu nəfəs kəsəcək 8 qarşılaşma

Həftəsonu nəfəs kəsəcək   8 qarşılaşma
20:37 21 Aprel 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Bu həftənin şənbə və bazar günləri Avropada azarkeşlərin böyük maraqla izləycəyi 8 qarşılaşma baş tutacaq. Fanat.Az həmin matçları təqdim edir.


1. Sabah İngilətərə Federasiya Kubokunun yarımfinal matçında "Çelsi" və "Tottenhem" üz-üzə gələcək. "Stemford Bric"dəki London derbisinə Bakı vaxtı ilə saat 20.15-də start veriləcək.


2. Şənbə gününün digər maraqlı qarşılaşması Portuqaliyada "Sportinq" və "Benifka" arasında baş tutacaq. Matç Bakı vaxtı ilə 23.30-da start götürəcək.


3. La Liqada "El-Klasiko" baş tutacaq. Lider "Real" ən yaxın izləyicisi "Barselona"nı bazar günü "Santyaqo Bernabeu"da qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.


4. Türkiy Super Liqasında bazar günü İstanbul derbisi baş tutacaq. "Qalatasaray"la "Fənərbaxça" arasında "Türk Telekom Arena"da keçriləcək matçı Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.


5. İngiltərə Federasiya Kubokunun yarımfinal mərhələsində "Arsenal" və "Mançester Siti" üz-üzə gələcək. Bazar günü "Uembli" stadionunun ev sahibliyi edəcəyi matç Bakı vatxı ilə saat 18.00-da başlayacaq.


6. Bazar günü başqa bir önəmli qarşılaşma Hollandiyada oynanılacaq. Bakı vaxtı ilə saat 18.45-də startı veriləcək görüşdə PSV "Ayaks"ı qəbul edəcək.


7. Həmin gün Belçikada "Anderlext" "Brügge"ni sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.


8. Nəhayət növbəti önəmli qarşılaşma Avstriyada keçriləcək. Vyana derbisi adlanan qarşılaşma "Rapid"lə "Austriya" arasında oynanılacaq. Qarşılaşmada start fiti Bakı vaxtı ilə saat 18.30-da çalınacaq.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR