Cüdoçumuz karyerasında ilk dəfə Avropa çempionu oldu - FOTO

Cüdoçumuz karyerasında ilk dəfə Avropa çempionu oldu - FOTO
20:43 21 Aprel 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, yarışın ikinci günündə - aprelin 21-də Azərbaycan milli komandasının üç üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb.

Bütün rəqiblərinə qalib gələn Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin çəki dərəcəsində çıxış edən digər cüdoçumuz, “Rio-2016”nın mükafatçısı Rüstəm Orucov bürünc medalla kifayətlənib.

Qeyd edək ki, çempionatın ilk günündə millimizin üzvləri Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medala sahib olublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR