Dünyanın ilk rəngsiz qəhvəsi

Dünyanın ilk rəngsiz qəhvəsi
21:47 21 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Clear Coffee" (Təmiz qəhvə) adlı qəhvə bildiyimiz qəhvələrdən rəngsiz olması ilə seçilir.

Milli.Az xəbər verir ki, su kimi şəffaf görünən qəhvə David və Adam Naqi qardaşları tərəfindən hazırlanıb.

Londonda yaşayan, əslən slovakiyalı qardaşlar iddia edirlər ki, "Clear Coffee"-nin ən əhəmiyyətli xüsusiyyəti aşağı kalorili olmasıdır.

Naqi qardaşları qəhvə istehsalında daha əvvəl istifadə olunmayan bir metoddan istifadə ediblər. Onların sözlərinə görə normal qəhvələrin hazırlanması zamanı işlənən qəhvə tumları kofein itkisinə uğrayır: ""Clear Coffee"-nin hazırlanması zamanı biz bu itkini yüksək keyfiyyətli, təbii kofein əlavə edərək kompensasiya edirik". (publika.az)

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR