Azərbaycanlı "Robinzon Kruzo": “Son mənzilim bu torpaqdır” - FOTO/VİDEO

Azərbaycanlı "Robinzon Kruzo": “Son mənzilim bu torpaqdır” - FOTO/VİDEO
22:03 21 Aprel 2017
139 Digər
Ölkə mətbuatı
A- A+

Əvvəllər yarımadada yerləşən Kürdilli kəndinin sakinlərinin əksəriyyətini burada yaşayan ruslar təşkil edib.

Publika.az ARB TV-yə istinadən xəbər verir ki, onlar burada azərbaycanlılarla birlikdə mehriban yaşayıblar. Ötən əsrin 80-ci illərində Xəzər dənizinin suyunun səviyyəsi qalxdığından buranın rayonla əlaqəsi kəsilib. Bir neçə ailə istisna olmaqla hər kəs köçürülüb. Adanın yeganə sakinin elə Proninlər olub. Ailənin tək üzvü Vitali Pronin adada tək tənha yaşayır. Kürdilli ən abad və yaşayış üçün şəraiti olan kəndlərdən olub. Sonradan 3 minədək əhalinin yaşadığı kənddə bəzi ailələrin evləri su altında qalıb. Kənddə salınan 1200 ha üzüm bağının 600 hektarı dənizə qərq olub. Bu illərdə ada əridiyindən onun eni 12, uzunluğu isə 20 kilometrə yaxındır. Vitali gecələri lampa işığında keçirir. Ərzaq məhsullarının alınıb gətirilməsində isə balıqçılar ona yardım göstərir. Hər tərəfi dənizlə əhatə olunmuş adada qazılmış quyuda şirin suyun çıxması isə Vitalinin işlərini asanlaşdırır.

Vitali Pronin (sakin): "Hər gün bura gələndə Allaha dua edirəm ki, ay Allah, məni susuz qoyma, yaşayım. Mən burada doğulmuşam. Bu torpağın çörəyi ilə böyümüşəm. Axı mən bu torpağı necə ata bilərəm? Son mənzilim də bu torpaqdır, bu adadır".

Kənddə heyvanlar dəniz suyu içir. Bundan əlavə Vitali kənddə yeni qəbirstanlıq da salıb. Köhnə qəbirstanlıq suyun altında qalanda atasının və iki qonşusunun məzarını bura köçürüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR