Alman klubları üçün uğursuz mövsüm

Alman klubları üçün uğursuz mövsüm
22:42 21 Aprel 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının 1/4 final mərhələsində keçirilən cavab oyunlarında "Şalke" səfərdə 0:2 məğlub olduğu "Ayaks"ı qəbul edib. Əlavə vaxtda vurulan qolla 3:0 önə keçən Qelzenkirxen klubu 10 nəfərlə qalan rəqibin önündə üstünlüyünü qoruya bilməyib. 2 dəfə fərqlənən Amsterdam təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bundan öncə Çempionlar Liqasında "Bavariya" və "Borussiya Dortmund" da mübarizəni dayandırmışdı. Beləliklə, son 12 ildə ilk dəfə olaraq heç bir alman klubu Avrokuboklarda yarımfinala çıxmayıb. Sonuncu dəfə bu hal 2004/05 mövsümündə müşahidə olunmuşdu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR