"Shamkir Chess 2017" başladı: Şəhriyar Məmmədyarov qələbə qazandı, Teymur Rəcəbov uduzdu

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirinə start verilib.

Metbuat.az-ın məlumatına görə, ilk turda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayıb. Şəhriyar Məmmədyarov turnirin favoriti Uesli Soya (ABŞ) qalib gəlib. Teymur Rəcəbov isə Pavel Elyanova (Ukrayna) uduzub.

Vüqar Həşimov Memorialı

1-ci tur

Radoslav Voytaşek (Polşa) - Vladimir Kramnik (Rusiya) – 0.5:0.5

Veselin Topalov (Bolqarıstan) - Maykl Adams (İngiltərə) – 0.5:0.5

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0:1

Sergey Karyakin (Rusiya) - Pentala Harikrişna (Hindistan) – 0.5:0.5

Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan) – 1:0

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR