Dövlət borcları sildi

Dövlət borcları sildi
17:11 7 Yanvar 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+

İstehsalçılara verilmiş toxumun pulu dövlət büdcəsi vəsaiti hesabına ödənilib.

ANS PRESS-in Kənd Təsərrüfatı Nazirliyinə istinadla verdiyi məlumata görə, ötən məhsul ilində əlverişsiz təbii şəraitlə əlaqədar respublikanın bir sıra bölgələrində, əsasən də dəmyə şəraitində taxıl istehsalçıları məhsuldarlığın kəskin azalması, əkinlərin məhv olması problemi ilə üzləşmiş və nəticədə maddi zərərə məruz qalmışdılar.

Nazirlikdən bildirilib ki, toxum təminatı ilə bağlı yaranmış çətinliklərlə əlaqədar rayonlardan Nazirliyə daxil olmuş çoxsaylı müraciətlərin həlli məqsədilə bir sıra rayonlara növbəti ilin məhsul yığımında qaytarılması şərti ilə istehsalçıların “Azərtoxum” MMC tərəfindən taxıl məhsulları toxumu ilə təchiz edilməsi təmin olunub.

Daha sonra həmin istehsalçılara verilmiş toxumun pulu dövlət büdcəsi vəsaiti hesabına ödənilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR