Əfsanəvi "Nokia" üç yeni modellə geri dönür

Əfsanəvi "Nokia" mobil telefonu Android əməliyyat sistemli "Nokia 3", "Nokia 5" və "Nokia 6" modelləri bazara iddialı bir qayıdış etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, "Nokia 3", "Nokia 3310" modelini saymasaq, "Nokia"nın ən ucuz ağıllı telefon hesab edilir. Cihazın özəllikləri: 2GB RAM, 16 GB daxili yaddaş, 2650 mAh batareya, 8 MP kamera.

"Nokia"nın "Nokia 3310"-dan başqa tanıtdığı və günümüzə son texnologiyası ilə daha yaxın telefonlardan biri "Nokia 5" modelidir. Cihazın özəllikləri: Qualcomm Snapdragon 435 prsosessor, 2 GB RAM, 16 GB daxili yaddaş, Ön kamerası 8 MP, arxa kamerası 13 MP, 3000 mAh batareya tutumu var.

"Nokia 6" isə modellər arasında ən iddalısıdır. Cihazın özəllikləri: Snapdragon 430 prosessor, 3 ya da 4 RAM, 3000 mAh batareya tutumu, arxa kamerası 16 MP, ön kamerası isə 8 MP-dır. Tünd qara, mavi, gümüş, mis rəngləri ilə ilin ikinci yarısında istifadəçilərə təqdim olunacaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR