Prezident fərmanının icrası ləngiyir

Prezident fərmanının icrası ləngiyir
17:19 7 Yanvar 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

VVAQ şöbələrində yeni evlənənlərin ərizəsi köhnə qayda ilə qəbul edilir

Prezident İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb bu ilin yanvarın 1-dən qüvvəyə minsə də, fərmanın icrasına hələ ki, başlanılmayıb. Lent.az-ın məlumatına görə, VVAQ şöbələrində yeni evlənənlərin ərizəsi köhnə qayda ilə qəbul edilir.

 

Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidir. lakin hələlik Səhiyyə Nazirliyi bu xəstəliklərin siyahısını tərtib etməyib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindfən Lent.az-a verilən məlumata görə, bununla bağlı layihə üzərində iş gedir: "Fərmanda da deyildiyi kimi,  Səhiyyə Nazirliyi 3 ay ərzində icbari tibbi müayinə üçün tələb olunan xəstəliklərin siyahısını hazırlamalı və Nazirlər Kabinetinin təsdiqinə verməlidir. Hazırda bu layihə hazırlanır". 

 

İcbari tibbi müayinələrin hansı qaydada və hansı xəstəxanalarda aparılacağına gəlincə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar qaydalar da hazırlanır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR