TAP-ın icraçı direktoru dəyişib

17:22 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 17:11 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Trans-Adriatik” boru kəməri (TAP) layihəsinin rəhbərliyində dəyişiklik baş verib.

TAP konsorsiumundan “APA-Economics”ə verilən məlumata görə, Yan Bredşou (Ian Bradshaw) yeni layihənin icraçı direktoru təyin edilib.

 

Qeyd edək ki. Y. Bredşoudan öncə bu vəzifədə Kyetil Tunqland (Kjetil Tungland) çalışıb.

 

Y. Bredşou isə daha öncə Böyük Britaniyanın “BG Group” neft-qaz şirkətinin kapital layihələri üzrə baş vitse-prezidenti vəzifəsində işləyib.

 

TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

 

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR