Sərxoş halda qəza törədən sürücüyə AĞIR CƏZA

Sərxoş halda qəza törədən sürücüyə AĞIR CƏZA
17:24 7 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Yaqub Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə Y.Həsənov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə keçən il iyulun 31-də Maştağa-Buzovna yolunda, Albalılıq adlanan ərazidə qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə avtomobildəki sərnişin hadisə yerində dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışmağa başlayıb. Ərazidə olan sakinlərin köməkliyi ilə avtomobil söndürülüb, yaralı sürücü və ölən sərnişinin meyiti avtomobildən çıxarılıb.

Daha sonra "VAZ 21011" markalı naməlum avtomobil hüquq-mühafizə orqanları əməkdaşlarının gəlişini gözləmədən meyiti və yaralı şəxsi hadisə yerindən uzaqlaşdırıb. Xəzər rayon Polis İdarəsinin əməkdaşları meyitin və yaralı sürücünün axtarışlarına başlayıblar. Aparılan araşdırmalardan sonra sürücü və sərnişinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. məlum olub ki, qəzaya düşən avtomobili 45 yaşlı Yaqub Həsənov idarə edirmiş.

O da bəlli olub ki, Y.Həsənov nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edirmiş və hadisə yerindən yayınarkən də spirtli içkinin təsiri altında olub.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR