12 nəfərin ölümünə bu karikatura səbəb olub? (FOTO)

12 nəfərin ölümünə bu karikatura səbəb olub? (FOTO)
17:26 7 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə 12 nəfərin ölümünə səbəb olan silahlı basqına səbəb dərc edilən bir karikatura ola bilər.

ANS PRESS-in məlumatına görə, "Charlie Hebdo" bu gün silahlı basqından bir necə saat öncə yerli saatla 11.28-də İŞİD lideri Əbubəkir Əl Bağdadi ilə bağlı tvit atmışdı.

Satirik jurnal "Twitter"də paylaşdığı mesajında Bağdadini çıxış edən yerdə göstərib. Foto "Bağdadinin də təmannası: Hər şeydən öncə sağlamlıq" şərhi ilə paylaşılıb.

Bəzi əcnəbi mətbuat nümayəndələri basqının məhz bu karikatura ilə bağlı olduğunu iddia edir.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland da hadisə ilə bağlı açıqlama verib. "Terrorçular jurnala qarşı hücum həyata keçiriblər. Bu ifadə azadlığına qarşı bir hücumdur. Qarşıdan gələn saatlarda fransız xalqına səslənəcəm. Basqınçıların dərhal tutulması lazımdır".


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR