İti çemodanı ilə birgə tərk etdilər (FOTO, VİDEO)

İti çemodanı ilə birgə tərk etdilər (FOTO, VİDEO)
17:31 7 Yanvar 2015
214 Digər
Ölkə mətbuatı
A- A+

Şotlandiyada qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Şotlandiyanın Ayr şəhərindəki qatar stansiyasında çemodanı ilə tərk edilmiş bir it tapılıb. Çemodanın içindən itə aid əşyalar çıxıb.

"Şar Pei" cins iti stansiyada görənlər xeyli heyrətləniblər. Çemodanın içindən itin yastığı, oyuncaqları, yeməyi və yemək qabı çıxıb. İtin üzərində olan mikrokart vasitəsilə onun adı məlum olub. Bununla yanaşı itinin əvvəlki sahibini də tapmaq mümkün olub. Ancaq bu adam, itini 2013-cü ildə satdığını deyib.

Heyvan sevərlər Kai adlı iti tərk edən sahibini axtarmaqda qərarlı olduqlarını bildiriblər.

Qeyd edək ki, Şotlandiyada 2006-ci ildə qəbul edilən "Heyvan sağlamlığı və rifahı" Qanununa görə, evdə bəslənən heyvanların tərk edilməsi cinayət kimi qiymətləndirilir.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR