Təyyarə qurbanlarının ailələrinə 100 min dollar veriləcək

Təyyarə qurbanlarının ailələrinə 100 min dollar veriləcək
17:32 7 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

"AirAsia Indonesia" aviaşirkəti qəzaya uğrayaraq Yava dənizinə düşən təyyarədə həlak olanların ailələrinə təxminən 100 min dollar kompensasiya verəcək.

Trend-in məlumatına görə, bu barədə şirkətin prezidenti Sunu Vidyatmoko bəyan edib.

“Wall Street Journal” qəzeti yazır ki, 100 min dollar məbləğində kompensasiyanı İndoneziya hökuməti tələb edib.

Bazar ertəsi isə məlumat verilmişdi ki, Malayziyanın “AirAsia” aviaşirkətinə məxsus avialaynerin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinin hər bir üzvünə 24 min dollar kompensasiya veriləcək.

Qeyd edək ki, dekabrın 28-də səhər “Airbus” təyyarəsi Surabaidən Sinqapura uçurmuş. Tezliklə təyyarə ilkin fəlakət siqnalı vermədən radarların ekranlarından itir. Təyyaradə 162 sərnişin olub. Onlardan hansınınsa xilasına heç bir ümid yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR