MSK bu məntəqədə seçki nəticələrini ləğv etdi

MSK bu məntəqədə seçki nəticələrini ləğv etdi
17:36 7 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, iclasda 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

İclasda 82 saylı Ağcabədi Seçki Dairəsində Şirnik bələdiyyəsi üzrə 16 və 17 saylı seçki məntəqələrində iddia edilən qanun pozuntuları ilə bağlı daxil olan müraciətlərin baxılması üçün müvafiq Dairə Seçki Komissiyalarına (DSK) göndərilməsi barədə qərarlar qəbul edilib.

27 Sabunçu İkinci Seçki Dairəsində Kürdəxanı və Pirşağı bələdiyyələri, 64 saylı Sabirabad İkinci Seçki Dairəsində Nizami bələdiyyəsi, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Mahmudavar bələdiyyəsi, 55 saylı Xaçmaz Seçki Dairəsində Qaradağ-buduq kənd bələdiyyəsi, 70 saylı Masalı şəhər Seçki Dairəsi üzrə Çaxırlı bələdiyyəsi üzrə müraciətlərdə iddia edilən qanun pozuntuları əsassız sayılıb.

MSK 71 saylı Masallı Kənd Seçki Dairəsində Ərkivan bələdiyyəsi üzrə 4 saylı məntəqədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR