Camal Paşanın nəvəsi İrəvanda “1915: Erməni soyqırımı” adlı kitabının təqdimatını keçirib

17:37 7 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 17:32 ]


Bakı. Rəşad Süleymanov – APA. Osmanlı İmperiyasının donanma naziri olmuş Camal Paşanın nəvəsi, tanınmış jurnalist-yazar Hasan Camal Ermənistanda "1915: Erməni soyqırımı" adlı kitabının təqdimatını keçirib.

 

APA-nın türkcə xəbər yayımlayan "ermenihaber"saytına istinadən verdiyi məlumata görə, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində erməni türkoloqların suallarını cavablandıran H. Camal Türkiyə dövlətinin mövqeyinə tam zidd mövqe sərgiləyib: "Bu gün mən Həsən Camal və yazar olaraq danışıram. Mən Türkiyə Cümhuriyyətinin yerində olsaydım, öncə ermənilərdən üzr istəyərdim. İkincisi, soyqırımı qəbul edərdim. Üçüncüsü, dərs kitablarını yenidən yazar, dördüncüsü, erməni mədəniyyəti və izlərini ortaya çıxarmaq üçün addımlar atardım. Beşincisi, vaxtilə Türkiyəni tərk etmiş bütün ermənilərə arzu edərlərsə, Türkiyə vətəndaşlığı verərdim və oturub təzminat mövzusunda müzakirə aparardım".

 

Kitabında Dağlıq Qarabağ mövzusundan da bəhs edən H. Camal bu problemin Ermənistan və ermənilər üçün nə qədər önəmli olduğunu bildiyini söyləyib.

 

H. Camalın Ermənistandakı çıxışını tənqid edən Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının İğdır Azərbaycan Evi Cəmiyyətinin sədri  Ssərdar Ünsal isə deyib ki, üzr istəməsi gərəkən bir millət varsa, o da ermənilərdir: "Çünki yalanlarına sığınaraq gerçəkdən uzaq iddialarla çıxış edirlər. Onların həyata keçirdikləri vəhşiliklər bəllidir. Vaxtilə Anadoluda, 1992-ci ildə isə Xocalıda dünyanın gözü önündə həyata keçirdikləri vəhşiliklər, soyqırım ortalıqdadır. Bunun üçün ermənilər üzr istəməli, insan haqları məhkəməsində cavab verməlidirlər".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR