Müəllimini güllələyən şagird həbs edildi

Müəllimini güllələyən şagird həbs edildi
17:38 7 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Alman dili müəllimini güllələyən eston şagird həbs edilib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Tartu qəza məhkəməsi Vilyandi Vaxura şəhərinin Paalalinnas gimnaziyasının 15 yaşlı şagirdinin həbs edilməsi barədə hökm çıxarıb. Belə ki, o, dərsdə 56 yaşlı alman dili müəllimi Ene Sarapı güllələyib. Trend-in məlumatına görə, bu barədə “İnterfaks” agentliyi məhkəməyə istinadən xəbər verir.

Qətl 2014-cü il oktyabrın 27-də daha dörd şagirdin iştirak etdiyi dərs zamanı törədilib. Atasının adına qeydiyyata alınmış tapançadan atəş açdıqdan sonra şagird heç bir müqavimət göstərmədən silahı məktəb direktoruna təhvil verib və bundan sonra polis tərəfindən saxlanılıb.

Yerli mətbuatın yazdığına görə, qətl şagirdin müəllimə qarşı şəxsi ədavəti zəminində baş verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR