Azərbaycanın bəzi ərazilərində qaz təchizatı bərpa olunub

Azərbaycanın bəzi ərazilərində qaz təchizatı bərpa olunub
17:38 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Azərbaycanın bəzi ərazilərində təmir işləri başa çatdırılıb, qaz təchizatı bərpa olunub.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, yanvarın 7-də ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar verilmiş proqnozlar nəzərə alınaraq, səhər saat 10:00-dan etibarən “Qaz İxrac” İdarəsinin qrafikə uyğun olaraq bir sıra magistral qaz kəmərləri sahələrində apardığı təmir işlərinə həmin sahələrin əməkdaşları ilə birlikdə əlavə qüvvələr də cəlb olunub, işlər sürətləndirilib və gərgin fəaliyyət nəticəsində uğurla başa çatdırılıb.

Hava şəraitinin pisləşməsi gözlənilən axşam saatlarına qədər bütün rayonlarda qaz təchizatı bərpa edilib. Hazırda Xızı rayonunun Yaşma və Giləzi, Hacıqabul rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında yaranmış məhdudiyyətlər tam şəkildə aradan qaldırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2350744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR