Cəlilabad sakini həmyerlisini bıçaqlayıb - FOTO

Cəlilabad sakini həmyerlisini bıçaqlayıb - FOTO
17:47 7 Yanvar 2015
158 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 17:42 ]


Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 7-də günorta saatlarında Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

 

Cəlilabad şəhər sakini, 26 yaşlı Mansur Vəliyev şəxsi münaqişə zəminində 23 yaşlı həmyerlisi Bəyazit Ağayevə baş nahiyəsindən taxta parçası ilə, daha sonra bədəninin müxtəlif yerlərinə bıçaqla bir neçə bıçaq zərbəsi endirməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

Törətdiyi əməldən sonra Mansur hadisə yerindən qaçaraq gizlənib. Yaralı ətrafdakı şəxslərin müdaxiləsi ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada cərrahiyyə əməliyyatı olunan Bəyazitin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.


Faktla bağlı artıq Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb və hadisəni törədərək qaçan Mansur Vəliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR