Ordumuza həyəcan siqnalı

Ordumuza həyəcan siqnalı
17:51 7 Yanvar 2015
250 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 7-də Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi təlim mərkəzində "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=318256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR