Bakının tıxac problemi həll olunacaqmı? - VİDEO

Bakının tıxac problemi həll olunacaqmı? - VİDEO
17:52 7 Yanvar 2015
110 Sosial
Ölkə mətbuatı
A- A+

"Bakıda təmirə bağlanan yolların istifadəyə verilməsi sıxlığı xeyli azaldıb"
Bunu APA TV-yə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib. O, Atatürk prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Ziya Bünyadov prospekti ilə kəsişməsinə qədər aparılan təmir işlərinin başa çatdığını xatırladıb: "Aparılan təmir işlərinin nəticəsi olaraq, paytaxtda sıxlıq müşahidə olunmadı. Baxmayaraq ki, dünəndən məktəblər də açılıb. Bu belə yollardakı sıxlığa öz təsirini göstərmədi. Bundan başqa, Qələbə dairəsində günün bütün saatlarında sıxlıq yaşanırdı. Amma Həsən bəy Zərdabi prospekti bağlanandan artıq sürücülər Salamzadə körpüsünün altından hərəkət edirlər. Odur ki, bu dairədə də artıq sıxlıq yaşanmır".

Mərkəz sözçüsü bildirib ki, Bakı-Sumqayıt şossesində də aparılan təmir işləri ilə əlaqədar həmin yol qismən genişləndirilib. Bununla belə hazırda sıxlıq müşahidə olunan ərazilər də var: "Əvvəllər sürücülər saatlarla tıxacda qalırdılar. Amma indi səhər və axşam aşağı sürətlə də olsa, hərəkət edə bilirlər. Təəssüflər olsun ki, bu gün Badamdar şossesində sıxlıq müşahidə olunur. Çünki yolda təmir gedir. Sürücülərdən bir qədər səbrli olmağı tövsiyə edirik".

2014-cü ildə ən çox sıxlıq müşahidə olunan əraziyə gəlincə, mütəxəssislər bununla bağlı müşahidələr aparıblar: "Həsən Əliyev küçəsində günün istənilən saatında sıxlıq qeydə alındı. Buna səbəb yolun dar olması və ticarət obyektlərinin çoxluğudur. Parklanan avtomobillər digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Həsən Əliyev küçəsi ötən il bizdə ən çox sıxlıq müşahidə olunan küçə kimi statistikaya düşdü".

Onun sözlərinə görə, "Bakı-2015" Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə yollar xüsusi Avropa Oyunları zolaqları ilə ayrılacaq. Bu yol zolaqlardan yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR