Azərbaycanda qar hazırlığı

Azərbaycanda qar hazırlığı
18:01 7 Yanvar 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

Hava şəraitinin pisləşməsi gözlənilən axşam saatlarına qədər bütün rayonlarda qaz təchizatı bərpa edilib.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, yanvarın 7-də ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar verilmiş proqnozlar nəzərə alınaraq, səhər saat 10:00-dan etibarən “Qaz İxrac” İdarəsinin qrafikə uyğun olaraq bir sıra magistral qaz kəmərləri sahələrində apardığı təmir işlərinə həmin sahələrin əməkdaşları ilə birlikdə əlavə qüvvələr də cəlb olunub, işlər sürətləndirilmiş və gərgin fəaliyyət nəticəsində uğurla başa çatdırılıb.

Hazırda Xızı rayonun Yaşma və Giləzi, Hacıqabul rayonun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında yaranmış məhdudiyyətlər tam şəkildə aradan qaldırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR