Hakerlər Angela Merkelin saytına hücum ediblər

Hakerlər Angela Merkelin saytına hücum ediblər
18:03 7 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Almaniyanın federal kansleri Angela Merkelin şəxsi saytı daxil olmaqla, ölkə hakimiyyətinin saytları kiber hücuma məruz qalıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.

Onun sözlərinə görə, səhər saatlarından federal hökumətin saytlarına çıxış müvəqqəti bağlanıb: "Ən çox Angela Merkelin şəxsi səhifəsi və bundestaqın saytı zərər görüb".

Hücuma görə, məsuliyyəti "KiberBerkut" qrupu üzərinə götürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2350734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR