Baş Prokurorluqda müşavirə keçirilib

Baş Prokurorluqda müşavirə keçirilib
18:04 7 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 7-də Baş Prokurorluqda 2014-cü ildə prokurorluq orqanları tərəfindən görülənüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsi keçirilib. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, 2014-cü il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, digər hüquq mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR