Ötən il Azərbaycanda 205 qəsdən adam öldürmə cinayəti törədilib

18:07 7 Yanvar 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 18:00 ]

Bakı. Hafiz Heydərov – APA. Ötən il Azərbaycanda 205 qəsdən adam öldürmə cinayəti baş verib. APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda 2014-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə həyata keçirilmiş birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyat keçirilməsi təmin olunub. Belə ki, 2014-cü ildə qeydə alınmış 205 qəsdən adam öldürmə cinayəti, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş bu qəbildən olan cinayətlərdən 83-ü isti izlərlə açılıb. Hesabat ilinin sonunda İmişli rayonunda Reyhan Səfərovanın, Qax rayonunda Rostiaşvili qardaşlarının və Göyçay rayonunda Sahib Abbasovun qəsdən öldürülməsi cinayətlərinin açılması və bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları təmin edilib.

 

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət  hadisələri üzrə, o cümlədən Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının, eləcə də xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla davam etdirilib.

 

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılıb, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR