Ordumuz hədəfləri raket zərbələri ilə məhv etdi

Ordumuz hədəfləri raket zərbələri ilə məhv etdi
18:09 7 Yanvar 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Hava Hücumundan Müdafiə Qoşunlarının təlimi keçirilib

Yanvarın 7-də Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığının yoxlanılması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyəcan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi təlim mərkəzində "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.


Təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.


Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti müdafiə nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR